Moldovanın parlament vəkili Aureliya Qriqoriu avropalı hüquq müdafiəçiləri arasında Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz olaraq mühakimə olunan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə etmək məsələsini qaldırmağa hazırdır. Qriqoriu bazar ertəsi Trend-ə bildirib ki, ermənilər tərəfindən girov götürülən və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz olaraq mühakimə olunan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə legitim deyil. O qeyd edib ki, dünya bu məsələ ilə kifayət qədər məlumata malik olmadığından bu fakta heç bir reaksiya vermir: “Mən bu məsələni avropalı hüquq müdafiəçiləri arasında qaldırmağa hazıram, lakin mənə son nəticələr lazımdır”. Qriqoriu Dağlıq Qarabağ münaqişəsi məsələsində dünyada mövcud olan ikili standartlara gəldikdə deyib ki, insan haqlarının pozulması ilə bağlı qiymətləndirmədə siyasi prioritetlər sonuncu rol oynamır: "Əks halda, mühakimə olunanlardan biri - Rusiya vətəndaşı barədə qanunsuz məhkəmənin çıxardığı hökmlə bağlı Rusiya hakimiyyətinin fəaliyyətsizliyini necə qiymətləndirmək olar?” Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi mətbuat konfransında girovun taleyi barədə sualı cavablandırarkən deyib ki, Rusiya ölkə vətəndaşı olan Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcək: "Onu erməni tərəfi saxlayıb və biz bu məsələni Ermənistanla müzakirə edəcəyik".
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE