Avro-2016: 4 yığma final mərhələsində

Avro-2016: 4 yığma final mərhələsində

Avro-2016-nın seçmə mərhələsinin VIII turu çərçivəsində dünən daha 9 oyun keçirilib.

D, F və İ qruplarında görüşlər baş tutub.

 

D qrupunda Şotlandiyanın qonağı olan Almaniya yığması çətin qələbə qazanıb. Şotlandlar oyunun gedişində 2 dəfə hesabı bərabərləşdirsələr də, Bundestim matçdan 3 xalla ayrılmağı bacarıb. İrlandiyanın Gürcüstana tək qolla qalib gəldiyi turda Polşa Cəbəllütariqə futbol dərsi keçib.

 

F qrupunda Şimali İrlandiya Macarıstanla, Rumıniya isə Yunanıstanla heç-heçə oynayıb.

 

İ qrupunda isə mərkəzi qarşılaşma Albaniyada baş tutub. Portuqaliya millisini qəbul edən albanlar əsas vaxta əlavə olunmuş dəqiqələrdə buraxdıqları qolla meydanı xalsız tərk ediblər.

 

Qeydə alınan nəticələrdən sonra Avropa çempionatının final mərhələsində iştirak edəcək daha bir neçə yığmanın adı müəyyənləşib. Turnirə ev sahibliyi edəcək Fransa ilə yanaşı, İslandiya və Çexiyanın da final mərhələsində oynayacağı dəqiqləşib. Bu komandalar seçmə mərhələnin sonunda qrup birinciliyi uğrunda mübarizə aparacaqlar.

E qrupunda isə İngiltərə yığması AÇ-2016-nın final mərhələsinə vəsiqəni təmin edib.

 

 

D qrupu

 

Polşa – Cəbəllütariq 8:1

Qollar: Qrosiçki, 8, 15; Levandovski, 18, 29; Milik, 56, 72; Blaşikovski, 59 (pen.); Kapustka, 73 – Qoslinq, 87

 

İrlandiya – Gürcüstan 1:0

Qol: Ualters, 69

 

Şotlandiya – Almaniya 2:3

Qollar: Hummels, 28 (avtoqol); MakArtur, 43 – Müller, 18, 34; İlkay, 54

 

1.

Almaniya

8

6

1

1

22:7

19

2.

Polşa

8

5

2

1

29:7

17

3.

İrlandiya

8

4

3

1

17:5

15

4.

Şotlandiya

8

3

2

3

14:10

11

5.

Gürcüstan

8

2

0

6

5:14

6

6.

Cəbəllütariq

8

0

0

8

2:46

0

 

 

F qrupu

 

Finlandiya – Farer adaları 1:0

Qol: Pohyanpalo, 23

 

Şimali İrlandiya – Macarıstan 1:1

Qollar: Lafferti, 90+3 – Quzmiks, 74

 

Rumıniya – Yunanıstan 0:0

 

 

1.

Ş. İrlandiya

8

5

2

1

12:6

17

2.

Rumıniya

8

4

4

0

7:1

16

3.

Macarıstan

8

3

4

1

6:4

13

4.

Finlandiya

8

3

1

4

7:8

10

5.

Farer adaları

8

2

0

6

5:12

6

6.

Yunanıstan

8

0

3

5

2:8

3

 

 

İ qrupu

 

Ermənistan – Danimarka 0:0

 

Albaniya – Portuqaliya 0:1

Qol: Veloso, 90+2

 

1.

Portuqaliya

6

5

0

1

8:4

15

2.

Danimarka

7

3

3

1

8:4

12

3.

Albaniya

6

3

2

1

7:3

11

4.

Ermənistan

7

0

2

5

5:11

2

5.

Serbiya

6

1

1

4

5:11

1



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az