Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci növbəti sessiyasının
proqramı açıqlanıb. “Vətəninfo.az”ın məlumatına görə, Assambleyanın gündəliyi
aşağıdakı kimi müəyyənləşdirilib. 08.30-10.15-da Belarus üzrə işçi qrupun iclası
(qapalı keçiriləcək, 10.30-11.15-də AVRONEST PA-nın həmsədrləri Kristian
Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə büro üzvlərinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə görüşü keçiriləcək, 11.30-12.00-da
PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyukun Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşü həyata keçiriləcək,
11.30-14.30-da İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Aİ Siyasətləri ilə
Uyğunluq üzrə Komitənin iclası.Çıxış edəcək şəxs Azərbaycan Respublikasının
iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova. Enerji Təhlükəsizliyi üzrə
Komitənin iclasında isə, Sənaye və Energetika naziri Natiq Əliyev olacaq. İclasın
işində ARDNŞ prezidenti. Yaxu ta şirkətin vitse-prezidenti Elşad Nəsirovun
iştirakı gözlənilir. Bununla yanaşı iclasda SEN-dən nazirliyin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun
iştirakı gözlənilir. 15.30-18.30-da isə Siyasi Məsələlər, İnsan Hüquqları və
Demokratiya üzrə Komitənin iclası keçiriləcək və Elmar Məmmədyarovun iclasda
iştirakı gözlənilir. Grezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə iş
şöbəsinin müdiri Fuad Ələsgərovun və Administrasiyanın içtimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov da iclasda iştirak edəcəklər.Eyni zamda MSK-nın sədri
Məzahir Pənahovda komitənin iclasına dəvət olunub. Sosial Məsələlər, Təhsil,
Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclasında isə Misir
Mərdanovun, Mədəniyyət və Turizim naziri Əbülfəz Qarayevin və Gənclər və
İdman naziri azad Rəhimovin komitədə iştirakı gözlənilir.