Siyasətə oyun kimi baxanlar oyunlara da siyasət kimi baxırlar
Avropa Oyunları ərəfəsində iqtidar-müxalifət dialoqu olub. Təbii ki, təqdirəlayiq, vacib hadisədir. Əslində dövlət hal-hazırda o qədər güclüdür ki, azsaylı müxalifətlə heç görüşə getməyə də bilərdi. Amma bu jestlə nümayiş etdirdi ki, Azərbaycanda görüntü dialoqu yox, gerçək dialoq var. Yəni danışmaq üçün yox, lazım olanda.
Amma bu mövzuda da bir gülməli hadisə, baş verdi. Aşıq Ələsgər demişkən. Adını demərəm, eldən ayıbdır. Filankəsin oğlu filandan gedir söhbət. Bu filan deyib ki, onun partiyası I Avropa Oyunlarını baykot edəcək. Baykot edəcək? Yəni nəyniyəcək? Oyunlar zamanı gözlərini yumub kiprik aclığı elan edəcək. Ya televizorunu pəncərədən atacaq.
Bu bilirsiniz nəyə oxşayır? Bir dəliyə deyirlər ki, başının dərsindən əla qaval çıxar, o da bunun qarşısını almaq üçün ülgücü götürüb başına elədən belə, belədən elə çəkir ki, indi Ala qaval düzəlt görüm necə düzəldirsən. Bəylər vallah bu dövlətə Qaval lazım deyil. Başınız sağ olsun!(ANS)
<iframe frame="https://www.youtube.com/embed/yIOKPCGShyY" height="315" width="420"></iframe>
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE