“SülhəGedən Yol Qadından Keçir” Cəmiyyəti mayın 3-4-də Belçika Senatında “ Cənubi Qafqazda çətinliklər və problemlərdəQadınlara düşən rol” mövzusunda konfrans keçirilib. “Vətəninfo.az” saytına konfransda iştirak edən Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, konfrans yüksək səviyədə keçirilib. “Avropa ilk dəf olaraq üzünü Bakıya çevirdi” deyən T.Rüstəmxanlı qeyd etdi ki, Fransada,Belçikada,Almaniyada tədbirlər keçiriblər. “Bundan bir müddət əvvəl Belçika Senatının üzvü xanım Dominike Tilmansı Azərbaycana dəvət etmişdim.Azərbaycanla bağlı heç bir məlumatı və münasibəti yoxdu. Dəvətimdə dedim ki, “siz hər zaman tək bir tərəfi dinləmisiniz. Nə siyasətdən danışaq,nə də başqa bir məsələlərdən. Gəlin Azərbaycanı və bizim xalqımızı tanıyın. Cənubi Qafqaz Gürcüstan və Ermənistandan ibarət deyil. Onları tanıyırsınız bir də bizi tanıyın” sağ olsun dəvətimi qəbul etdi və bir həftə Bakıda qonağım oldu. Elim və mədəniyyət. Və digər sahələrdə ciddi gücə və elmi biliklərə sahib insanlarla tanış etdim. QHT təmsilçiləri ilə, qadın təşkilatları ilə görüşdürdüm”.T.Rüstəmxanlı bildirdi ki,xanım senatorum bu səfəri onda Azərbaycana münasibətini.baxışını dəyişib: “bakı hava limanında mənə dedi ki, siz çox əziyyətlər çəkmisiniz.Ermənilər Azərbaycanaciddi zərərlər veriblər, insanlarınızın əzabənə gördüm. Birlikdə mütləq bir şeylər etnməliyik dedi. Və biz xanım Tilmasla birlikdə bir layhə üzərində işləməyə başladıq. Tədbirlərin ilkini Gürcüstanda keçirdik və o tədbirdə erməi qadınlarda iştirak etdilər. Bakıda keçirilməsi nəzərdə tutulan tədbir üçün bu gün burda olan Rima Arakeliyana Bakıya gələcəyi təqdirdə bütün təhlükəsizlik məsələləri ilə bağlı zəmanət belə verdik. Hər zaman sülhdən yana olduğunu deyən, amma sülo görüşmələrinə gəlmədilər. Bakıdan sonra Gürcüstanda keçirilən tədbir sonrası Belçika Senatında belə bir tədbirin keçirilməsinə qərar verdik”. ATQB səri dedi ki, belə bir tədbir ilk dəfədir ki,Belçika Senatında keçirilir. “ Xüsusi olaraq qeyd edim ki,burda keçirilən konfrans çox yüksək səviyyədə keçirildi. Avropanın üzü hər zaman Ermənistana tərəfdi. Nə gözəl ki, indi həm həm Ermənistana, həm də Azərbaycana baxır deyə bilərik. Bernar Fasiye Azərbaycan xəritəsi üzərində Qarabağı iştirakçılara anlatdı və harda yerləşdiyini,işğal altında olan 7 rayonu iştirakçılara göstərdi. Naxçıvanın Azərbaycandan necə ayrı salındığını necə blokada şəraitində yaşadığını bildirdi. Bu doğurdanda möhtəşəm bir çıxış idi. Qərbdə ilk dəfə belə bir şey baş verir”.T.Rüstəmxanlının sözlərinə görə bu cür konfransların keçirilməsində məqsədləri Azərbaycanın,xüsusilə də Dağlıq Qarabağ problemi çərçivəsində 7 rayonun işğal olunduğunu Avropa içtimayyətinə çatdırmaqdır.
Kənan