Azərbaycandan xaricə, xüsusilə də Avropanın müxtəlif ölkələrinə üz tutan bir sıra gənclər. müəyyən ailələr getdikləri ölkələrdə Azərbaycanla bağlı müxtəlif iyrənc məlumatlar verməkdədirlər. Bu iyrəncliyin müqabilində isə bu ölkələrdə qaçqın və yaxut da siyasi sığınacaq alaraq yaşama hüququ əldə edirlər.
Maraqlısı ondadır ki, Azərbaycan müxalifətinin radikal qanadına daxil olan şəxslər bilərəkdən ətraflarındakı gəncləri Avropaya göndərərək bu gənclərin əli ilə Azərbaycanla bağlı mənfi imicin formalaşmasına xidmət edirlər.
Hətta siyasi partiyaların üzvü olmayan sadə vətəndaşlar belə bunların qurduqları tələyə düşrək onlarda ölkəmizlə bağlı mənfi informasiyaların verilməsinə məcbur edilirlər. Digər bir maraqlı məqam Norveç,İsveç,Almaniyanın Azərbaycandkı səfirlikləri, müxalifətin nəzarətində olan qəzet və xəbər portalları da məhz iyrənc siyasətin tərkibinə daxildirlər.
Müxalifətin belə bir planının üzə çıxartmaq elə də çətin deyil. Bu günlərdə hazırda Avropa ölkələrinin birində qaçqın statusu laraq yaşamış gənclərdən biri ilə söhbətimiz zamanı o Vətəninfo.az-a güya Azərbaycanda polisin təyziqi ilə üzləşdiyini,hakimiyyətin keçirilən mitinq və piketlərdə ona qarşı ağlasığmaz basqılar etdiyi ilə bağlı xəbərin yayılmasını istədi. Bu gənc yayılacaq xəbərin tarixinin isə bir neçə ay əvvələ,yəni müxalifətin keçirmiş olduğu mitinqlər gününə uyğun gəlməsini istədi. Bunun müqabilində isə bizə 300 ABŞ dolları göndərə biləcəyini bildirdi. Maraq məni boğduğundan bu gənci bir qədər sorğu suala tuta bildim.
-Axı nəyə görə belə bir xəbərin yayılmasını istəyirsən?
Əgər belə yöndə bir neçə xəbər yayılması mümkün olsa, o zaman burda (Almaniyada,İsveçdə, İsveçrədə) siyasi sığınacaq almaq rahat olacaq. Mən Gürcüstana gedib ordan gəlmişəm. Burda hələlik qaçqın kimi qeydiyyata alıblar. Amma bir neçə haqqımda xəbər yayılsa o zaman siyasi sığınacaq ala biləcəm. Burad olan azərbaycanlıların 70-80 faizi belə ediblər. Onlar müxalif mətbuatda pulla belə xəbərləri yerləşdirirlər və yayılan xəbərlərin sürətini çıxararaq siyasi sığınacaq alınmasında istifadə edirlər. Hətta dövlət orqanlarıda axtarış saytlarında bizimlə bağlı axtarış verəndə belə xəbrləri gördükdə, həqiqətən də Azərbaycanda polisin və digər hüquq-mühafizə orqanlarının təyziqləri ilə üzləşdiyimizə inanırlar.İndi istəyirəm ki. sizin sayta belə mənimlə bağlı xəbər yayasınız və bu xəbərləri köhnə tarixə qoyasınız. Bunun müqabilində sizə ödəniş edə bilərəm.
-Nə qədər ödəniş edəcəksiniz?
-Burda müxalif qəzet və saytlarda xəbərlərin yerləşdirilməsi üçün məndən 500 dollar istədilər. Amma mənim gücüm 300 dollara çatır.Əgər razılaşsaq bank vasistəsi ilə pulu göndərə bilərəm.
-Heç olmasa adını öyrənə bilərəm?
-Adımı ancaq razılaşdıqda deyə bilərəm.
Təbii ki, biz bu gəncin dediyi ilə razılaşmadıq və əksinə həmin gəncə doğru yol tutmadığını, bunun gələcəkdə Azərbaycana qayıtmaq istədikdə ona ciddi problemlər yaradacağını bildirdik. Eyni zamanda da bildirdik ki, Azərbaycanı xaricdə mənfi yöndə tanıtmaq doğru deyil və bu ölkə hər birimizindi.
Redaksiyadan: Qeyd edək ki. müəyyən səbələrdən həmin gəncin adını açıqlamaq istəmədik. Çün ki, facebook.com-da gənc saxta adla daxil olduğundan,adını verməkdən imtina elədi.