Avstraliyanın Kerns şəhərində 20 yaşlı gənc öz bacı və qardaşlarını qətlə yetirib. Qətlə yetirilənlərin ən kiçiyinin yaş yarım, ən böyüyünün isə 15 yaşı var. Ümumilikdə gənc 8 nəfəri öldürüb.
Vətəninfo.az xəbər verir ki, polis hələlik bu dəhşətli hadisənin təfərrüatlarını açıqlamır. Məlum olan odur ki, uşaqlar soyuq silah vasitəsilə qətlə yetirilib və hadisə şəhərin kasıb məhəlləsindəki şəxsi evlərin birində baş verib. Çox güman ki, uşaqların anası olan ağır bıçaq yaraları almış qadın isə xəstəxanaya yerləşdirilib.
Kerns şəhəri Kvinslend ştatının şimal-şərq hissəsində yerləşir. Hadisənin baş verdiyi rayon əsasən aborigenlər tərəfindən məskunlaşıb.
Faciənin Sidneyin kafelərindən birində baş vermiş girov hadisəsindən dörd gün sonraya təsadüf etməsi dünyanın diqqətini yenidən Avstraliyaya yönəldib. Lakin polis hazırkı insidentin terror hadisəsi ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.
Hadisə ilə bağlı cinayət işi başlanılsa da, polis şübhəli və ya şübhəlilər haqqında heç bir informasiyaya malik deyil. Qətlə yetirilən uşaqların eyni ailəyə mənsub olub-olmadıqları da hələlik müəyyən olunmayıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib