Avstraliyada yanğınlar davam edir-Ölən və yaralananar var

Avstraliyada yanğınlar davam edir-Ölən və yaralananar var

Qlobal istiləşmə Avstraliyanın 3 ştatında yanğınların baş verməsinə səbəb olub. Cənubi Uelsdə külək 100-dən çox yanğını alovlandırıb. Belə ki, baş verən fəlakətdə ölən və yaralananar var.

Miq.az bbc-yə istinadən xəbər verir ki, Adelaide əyalətində 15-dən çox ev dağıdılıb. Şənbə günü başlayan yanğında 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisə zamanı yanğınsöndürənlər 32 yaşlı Geoffrey Keaton və 36 yaşlı Andrev Odvyer həlak olub.

Avstraliyanın baş naziri Scott Morrison qeyd edib ki, yanğınların qarşısını almaq üçün tədbirlər görülür. Həmçinin o bildirib ki, insanlar məcbur olmadıqda yanğınların olduğu ərazilərə yaxınlaşmasın.

Günay Arifqızı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az