90-cı illərdə o, Amerikada evləndiyi xanımın soyadının qəbul edərək Aleksandr Bor olmuşdu.
Kriminal aləmdə “Timo Qomelski” ləqəbi ilə tanınan “qanuni oğru” Aleksandr Timoşenko həbs edilib. Rusiya mətbuatının məlumatına görə, o, narkotik maddənin qanunsuz saxlanılmasında ittiham edilir. Onun həbs qətimkan tədbiri seçilmədən mühakimə edilməsi üçün vəkilləri 5 milyon rubl girov təklif etsələr də, məhkəmə bununla razılaşmayıb. İkinci qrup əlil olan “qanuni oğru” istintaqın davam edəcəyi 2 ay müddətində həbsdə qalacaq. Öz evinin qarşısında saxlanılan Timoşenkonun cibindən kibrit qutusunda 30 qr həşiş tapılıb.
Həyatının 25 ildən artığını həbsdə olan Timoşenko Belorusun kriminal aləminin kralı hesab edilir. O, həmçinin hazırda fəaliyyətdə olan 6 belorus “qanuni oğru”dan 4 - nün “xaç atası”dır.
90-cı illərdə o, Amerikada evləndiyi xanımın soyadının qəbul edərək Aleksandr Bor olmuşdu. Ancaq bu yaxınlarda yenidən atasının soyadını geri qaytarıb.
Xatırladaq ki, bu ilin yanvarında Timoşenkonun evinin yaxınlığında oğru “sxodka”sı keçirilmişdi. Hazırda bu “sxodka”nın iştirakçısı olan 4 nəfərdən üçü - Paştet, Medvejonok və Timoşenko həbsdədir. Bundan başqa Timoşenkonun taclandırdığı 2 “qanuni oğru”- Lebed və Mumu də ötən 2 ay müddətində həbs edilib. Beləliklə Belorus milisi öz iştirakı olmadan qısa müddət ərzində “qanuni oğru”ları zərərsizləşdirə bilib.
Timoşenkonun İtaliya mafiyası ilə əlaqələrinin olduğu bildirilir.
aznews.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər