"Avtovağzal" metro stansiyasının keçidinə su sızıb-Günahkar kimdir?


Bakı Metropoliteni "Avtovağzal" stansiyasının keçidlərindən birinə su sızıb. "Report" xəbər verir ki, sızıntıya səbəb ərazidə yerləşən su quyularıdır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında sızma faktını təsdiqləyib və tezliklə problemin aradan qaldırılacağını deyib. 

"Bu nə boru partlaması, nə də kanalizasiya sularıdır. Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq "Azərsu" ASC-nin kollektorlarına vururuq. Bu, məhz həmin quyulardan birindən sızan sudur. Böyük axıntı yoxdur. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Artıq əməkdaşlarımız oradadır və tezliklə problem aradan qaldırılacaq", - deyə Metropoliten rəsmisi qeyd edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az