Çavuşoğlundan Qarabağ açıqlaması: Qərb narahatdır

Çavuşoğlundan Qarabağ açıqlaması: Qərb narahatdır
Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu, Qərbin xoşuna gəlmir.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Lider haber”ə müsahibəsində deyib.

 

O bildirib ki, Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli təmasları başlayıb. "Təmaslarla məqsədimiz əlaqələrimizi daha da gücləndirməkdir", - Çavuşoğlu qeyd edib.

 

Nazir nəqliyyat sahəsində əməkdaşlığa da toxunub: "Bizim İranla münasibətlərimiz məlumdur. Bizim sürücülər daha çox Azərbaycandan daşınmalara üstünlük verirlər, İrandan yox. Çünki İran bizə problem yaradır. Azərbaycan isə bir tərəfdən həm qiymətlərlə bağlı jest etdi, həm də çox sürətli bir şəkildə çatdırılma həyata keçirildi - deyə M.Çavuşoğlu əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az