Mayın 25-də rəhbər funksionerlərindən daha 3 nəfər həbs edilib. Bu barədə sosial şəbəkədə AXCP rəhbərliyi və fəalları məlumat paylaşıb. Bəlli olub ki, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov həbs edilib. Onların evlərində axtarış aparıldığı da bildirilir.
Yayılan məlumatlara görə, Aqil Əli Məhərrəm yaşadığı evdən çıxarkən saxlanılıb.
Ruslan Nəsirili isə saat 16 radələrində Gəncədə qonağı olduğu dostu ilə həbs olunaraq Bakıya gətirilib. Bunun ardınca saat 19 radələrində onun Saatlıdakı ata evində və həyatyanı sahəsində 20-yə yaxın Saatlı RPŞ əməkdaşlarının iştirakı ilə axtarış aparılıb. Evdən Ruslana məxsus ümumvətəndaşlıq pasportu, son zəng xatirə diskləri, atasının bankdan götürdüyü kredit sənədləri götürülüb.
Babək Həsənlinin hansı şəraitdə həbs edildiyi haqda məlumat yoxdur.
Onların harada saxlandığı da dəqiq bəlli deyil. Bəzi ehtimallara və məlumatlara görə, onları Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("bandotdel”) aparıblar(azadlıq.info).
Ancaq bu deyilənləri, hələlik, hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?