Aygün Əsgərzadə: “Türkiyə Qarabağın işğalını özünün strateji itkisi hesab edir”

Aygün Əsgərzadə: “Türkiyə Qarabağın işğalını özünün strateji itkisi hesab edir”

Bu sözləri “Vətəninfo.az”a Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı,ekspert Aygün Əsgərzadə Qarabağ müharibəsi başlayacağı təqdirdə Türkiyə Azərbaycana dəstək verəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib: “Mən yaxın gələcəkdə Azərbaycanın müharibə edəcəyini düşünmürəm. Bəzən ölkəmizin yeni hərbi sursatlar almasını müharibəyə hazırlıq kimi qiymətləndirirlər. Torpaqlarının 20 % işğal altında olan bir dövlət öz hərbi gücünü artımalıdır və baş verə biləcək müharibəyə hər zaman hazır olmalıdır. Türkiyə bu münaqişənin sülh yolu və Azərbaycanın ərazı bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Ancaq bildiyimz kimi 2010-cu il avqustun 16 “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalanıb və Azərbaycan Respublikası Milli məclisində 2010-cu il dekabrin 21-də təsdiqlənib. Müqavilənin 1-ci maddəsinə əsasan iki dövlət ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına təhdid edildiyi və ya təhlükə yarandığda bunu aradan qaldırılması istiqamətində tədbirlər barədə təxirə salınmadan məsləhətləşmələr aparacaqlar və müqavilənin 2-ci maddəsinə əsasən isə tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər”-deyə,politoloq qeyd edib.“Bütünlükdə onu da əlavə etmək istəyirəm ki, Türkiyə bu münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdə birinin işğal altında qalmasını “Soyuq müharibə”dən  sonra özünün üzləşdiyi ən önəmli strateji itki kimi qiymətləndirir. Düşünürəm ki,Qarabağ müharibəsi başlayacağı təqdirdə Türkiyə imzalan müqavilənin “ Hərbi-siyasi və təhlükəsizlik məsələləri” maddələrini əsas tutaraq Azərbaycanı dəstəkləyəcək”-deyə, Aygün Əsgərzadə söyləyib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az