Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vətəninfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Kazım Kazımzadə 12 il, Yaqub Kiyasov 10 il, Olqa Polkova 8 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar.
Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla, 7 il şərti olaraq azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.
Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto