AZAL-ın uğursuz seriyası qırıldı

AZAL-ın uğursuz seriyası qırıldı

AZAL-ın qələbəsiz oyunlar seriyası qırılıb.

 Topaz Premyer Liqasının VII turunun "Rəvan”la ev oyununda 1:0 hesablı qələbə qazanan "təyyarəçilər” mövsümdə ilk dəfə 3 xala sevinib.

 Tarixinin ən uğursuz startını gerçəkləşdirən bakılılar 2005-ci ildə debüt etdiyi Premyer Liqada heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı. Bunadək AZAL ən pis halda 6-cı oyununda "siftə” edib. Buna 2005/06 mövsümündə təsadüf olunub. Paytaxt təmsilçisinin son qələbəsi ötən mövsümün "Simurq”la oyununda qeydə alınıb. Bu il mayın 22-də 5:0 hesablı ev qələbəsi qazanan AZAL həmin çempionatın 1, cari birinciliyin 6 görüşündə 3 xal görməmişi.

 7 matçlıq həsrətə son qoyan Tərlan Əhmədovun yetirmələri 133 gündən sonra qalib gəlib.

 Qeyd edək ki, AZAL-ın qələbə qolunu Nuqzar Kvirtiya vurub.

Apasport.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az