AZAL-ın vitse-prezidenti jurnalistlərə səsləndi: "Fərhad adlı oğlum yoxdu..."

AZAL-ın vitse-prezidenti jurnalistlərə səsləndi:

Bir sıra kütləvi informasiya vasitələri məlumat yayıblar ki, DYP-nin yol hərəkəti qaydalarını pozanlara qarşı reydi zamanı AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu saxlanılıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Fərhad Eldar oğlu Hacıyev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Gənc 10 NG 800 dövlət nömrə nişanlı "Jaguar” markalı avtomobilin sükanı arxasında olub.

Lakin virtualaz.org-un əməkdaşı ilə söhbətində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bu məlumatı təkzib edərək qeyd edib ki, onun Fərhad adlı oğlu yoxdur.

"Mənim üç uşağım var. Əli (1990-cı il təvəllüdlü), Arslan (1993) və qızım Şükufə (1997). Fərhad adlı oğlum yoxdur”, - Eldar Hacıyev bildirib.

O, həmçinin jurnalistləri məsuliyyətli olmağa və yoxlanmamış məlumatları yaymamağa çağırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az