Azərbaycana səfər etmək üçün viza almaq istəyən ABŞ vətəndaşları bu məqsədlə artıq onlayn qaydada da müraciət edə bilərlər.
“Vətəninfo.az” xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyi vizanın alınması üçün ərizələrin verilməsi qaydalarını asanlaşdırıb. Bundan sonra Azərbaycana getmək üçün viza almaq məqsədi ilə ABŞ vətəndaşları «Travisa Outsourcing» sistemi vasitəsilə onlayn qaydada müraciət edə bilər. Bu yenilik vizalara artan tələbatın ödənilməsi, rahatlığın təmin olunması və prosesin operativliyinin izlənilməsi üçün nəzərdə tutulub.
Vizanın alınması prosesi isə bütün zəruri sənədlər təqdim olunan gündən etibarən cəmi 10 iş günü çəkəcək.
Bununla yanaşı, iyunun 25-dən ABŞ vətəndaşları üçün Azərbaycana fərdi, biznes və turizm vizasının alınması rüsumu 160 dollar, tranzit vizası isə 20 dollar olacaq.
Xatırladaq ki, diplomatik və xidməti pasportlara sahib olan ABŞ vətəndaşları vizanın alınması üçün Azərbaycanın Konsulluq Xidmətinə müraciət etməsi tələb olunur.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?