Azərbaycan folkloru ABŞ-da nümayiş olunacaq

Azərbaycan folkloru ABŞ-da nümayiş olunacaq

Vaşinqtonda keçiriləcək ənənəvi Smitsonian Folklor Festivalında Azərbaycan mədəniyyəti nümayiş etdiriləcək.

“Vətəninfo.az” xəbər verir ki, iyunun 27-dən iyulun 1-dək və iyulun 4-dən 8-dək Vaşinqtonun Milli Meydanında ABŞ-ın Milli Smitsonian İnstitutunun Folklor və Mədəni İrs Mərkəzi tərəfindən təşkil ediləcək festivalda incəsənətsevərlərə “Azərbaycan çadırı”nda milli mətbəximizin dolma, kabab, plov kimi ləziz nümunələri təqdim olunacaq. İyunun 28-də və iyulun 5-də isə festivalın əyləncə proqramı çərçivəsində “Azərbaycan axşamları” adlı konsert veriləcək. Konsertdə tanınmış kamança ustası İmamyar Həsənov Azərbaycan muğamlarından parçalar ifa edəcək. “Festival bazarı”nda Azərbaycan milli suvenirləri, o cümlədən toxuculuq və digər dekorativ incəsənət nümunələri satışa çıxarılacaq.
Azərbaycan folklorunun festivalda təmsil edilməsi üzrə Smitsonian İnstitutunun builki tərəfdaşı ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondudur. Azərbaycan bu festivallarda birinci dəfə deyildir ki, iştirak edir. On il əvvəl folklorumuz Vaşinqtonun Milli Meydanında “İpək Yolu mədəniyyətləri” çərçivəsində nümayiş etdirilib. Həmin il festivala gələnlərin sayı rekord həddə - 1,3 milyon nəfərə çatıb.
Qeyd edək ki, festival 1967-ci ildə təsis edilib və Birləşmiş Ştatların ən böyük illik mədəni tədbir kimi tanınır. Smitsonian Folklor Festivalı beynəlxalq mədəni diplomatiya səyləri üçün nadir müasir platformalardan biridir. Təsadüfi deyildir ki, məhz bu ənənəvi tədbir UNESCO-nu 2003-cü ildə Toxunulmaz Mədəni İrsin Qorunması üzrə Beynəlxalq Konfrans keçirməyə ruhlandırıb.

Azərtac



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az