"Azərbaycan konfliktin sülh yolu ilə həll edilməsinə sadiqdir”
Son günlər erməni hərbçilərinin açdığı atəş nəticəsində Azərbaycanda 400-dən çox ev dağıdılıb.
Miq.az xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşü zamanı Prezident İlham Əliyev söyləyib. Prezident erməni tərəfinin provokasiyası nəticəsində dinc əhali arasında ölənlərin olduğunu deyib:
"Biz vaxtaşırı olaraq erməni tərəfinin provokasiyalarına məruz qalırıq. Azərbaycan bununla bağlı cavab tədbirləri görüb. Azərbaycan konfliktin sülh yolu ilə həll edilməsinə sadiqdir”.
Miq.az