Azərbaycan ordusu atəşə başladı, Ermənistan naziri kənddən qaçdı

Azərbaycan ordusu atəşə başladı, Ermənistan naziri kənddən qaçdı

Azərbaycan-Ermənistan sərhədində sentyabrın sonlarında baş vermiş şiddətli atışmalar zamanı maraqlı insident baş verib.

Virtualaz.org saytı "Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Ermənistanın kənd təsərrüfatı naziri Azərbaycan ordusunun mövqelərindən Tavuş vilayətinin Berdavan kəndinə tərəf açılan ilk atəşlərdən sonra şikayətini dinlədiyi kəndliləri qoyaraq qaçıb.

Reportajda deyilir ki, Tavuş rayonunun Berdavan kənd sakinləri təlaş içindədirlər. Onlar atəşkəs dövründə tez-tez baş verən atışmalara öyrəşsələr də son günlərdəki kimi qədər şiddətli atışma xatırlamadıqlarını deyirlər.

Son atışmalardan sonra kəndin bir çox sakinləri evlərini tərk edib. Berdavanda məktəb və çoxuşaqlı ailələrin yaşadıqları evlərin qapıları bağlıdır. Kəndlilər deyirlər ki, təhlükəli olduğundan uşaqları kənddən çıxarıblar.

Berdavanda əhali əsasən üzümçülüklə məşğul olur. İntensiv atəşə görə indi məhsul yığımına getmirlər.

Sakinlər deyirlər ki, sonuncu atəş vaxtı kənd təsərrüfatı naziri Serqo Karapetyan Berdavanda olub. Nazir kənddəki şərab zavodunun yanında üzümün qiymətini müzakirə edirmiş.

Kənd sakinləri deyir ki, atəş səsləri eşidilən kimi nazir söhbəti yarımçıq qoyub qaçıb: "Zavoda gəlmişdi ki, bizə üzüm qəbulunun qaydaları haqda məlumat versin, amma güllə səslərini eşidən kimi çönüb qaçdı”.

Xatırladaq ki, son günlər  Azərbaycanın da sərhədyanı kəndləri atəşə tutulub, dinc əhali arasında ölən və yaralanan olub. 

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az