Azərbaycan Ordusu Ermənistanın 4 pilotsuz uçuş aparatını məhv edib

Azərbaycan Ordusu Ermənistanın 4 pilotsuz uçuş aparatını məhv edib
Azərbaycan Ordusu tərəfindən 2018-ci ildə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

"AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı dəqiqləşdirmələrə görə, zərərsizləşdirilən PUA-lardan ikisi X-55 tipli taktik PUA, ikisi isə multikopter sinfinə aid PUA olub.

X-55 tipli PUA-lardan biri martın 3-də cəbhənin Ağdam istiqamətində, digəri isə iyunun 19-da cəbhənin Füzuli-Xocavənd istiqamətində məhv edilib. Multikopter tipli PUA-lardan biri fevralın 21-də cəbhənin Füzuli istiqamətində xüsusi vasitələrin tətbiqi nəticəsində ələ keçirilib. Digər PUA isə aprelin 17-də cəbhənin Tərtər istiqamətində aşkarlanaraq məhv edilib.

X-55 taktik PUA Rusiyanın "AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş "Ptero-5E” modelidir. Adıçəkilən PUA Ermənistan Ordusunun silahlanmasına 2013-cü ildə daxil edilib.

Qeyd edək ki, 2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 PUA-sı məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 22 (2015-ci ildə 12 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az