Azərbaycan ordusu ŞƏHİD verdi- Gizirimiz düşmən tərəfindən vuruldu

Azərbaycan ordusu ŞƏHİD verdi- Gizirimiz düşmən tərəfindən vuruldu

Miq.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.
 
Miq.az-ın hərbi mənbələrdən aldığı məlumata görə şəhid olan hərbi qulluqçumuz Məlikov Aqil Qismət oğlu gizir olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az