Azərbaycan Ordunun Goranboy rayonu istiqamətində minaya düşərək ağır yaralanan zabiti İlqar Verdiyev dünyasını dəyişib.
Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalından verilən məlumata görə, İlqar Verdiyev bu gün vəfat edib.
Qeyd edək ki, hadisə iyunun 9-dan 10-na keçən gecə Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində qeydə alınıb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ.Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. Yaralılar Ağdamda hospitala yerləşdiriliblər. İ.Verdiyevin sağ qolu, Z. Məmmədovun isə ayağı amputasiya olunub.
Sonradan onlar Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdiriliblər.
İlqar Verdiyevin vəziyyəti ağır qiymətləndirilirdi.
Xatırladaq ki, İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?