Azərbaycan Dövlət Neft Şirkətinə Trans-Anadolu qaz kəməri vasitəsi ilə Rusiya qazının nəql olunması ilə bağlı heç bir təklif daxil olmayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
“ARDNŞ-ə belə bir təklif daxil olmayıb. Bundan başqa, TANAP layihəsinin reallaşdırılarkən bu cür hallar nəzərdən keçirilməyib. Bununla belə, qeyd edim ki, Azərbaycanın reallaşdırdığı layihələr heç bir digər layihə ilə rəqabət aparmır”, - deyə R. Abdullayev bildirib.
Bundan öncə Rusiya KİV-lərində yer alan məlumata görə, “Cənub axını” layihəsini dayandıran şimal qonşumuz öz qazını Avropaya çatdırmaq üçün “Trans-Anadolu” qaz boru kəmərindən (TANAP) istifadə edə bilər. Bildirilib ki, hər il boru vasitəsi ilə 30 mlrd. kubmetr Azərbaycan qazının Avropaya nəql olunması nəzərdə tutulsa da, ölkəmiz bu boru kəmərini 15 mlrd. kubmetrdən artıq qazla təmin edə bilməyəcək. Bu səbəbdən də qalan 15 milyard kubmetr qazı “Qazprom” verə bilər.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib