Azərbaycan sərhədini pozmağa cəhd göstərmiş 5 əcnəbi saxlanıldı

Azərbaycan sərhədini pozmağa cəhd göstərmiş 5 əcnəbi saxlanıldı

DSX əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində "Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbaycandan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az