Azərbaycan torpağında işləyən hər erməni müəllimə 41 dollar hədiyyə ediləcək....
Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan 5 oktyabr Müəllim günü ilə bağlı sərəncam imzalayıb.
Miq.Az xəbər verir ki, Xankəndindəki nəşrlərin yaydığı məlumata görə, sərəncama əsasən Müəllim günündə işğal altındakı Azərbaycan torpaqlarında işləyən hər bir erməni müəllimə 20 min dram( təxm. 41 dollar, yaxud 70 AZN) hədiyyə ediləcək. Bu hədiyyə yalnız orta məktəb müəllimlərinə deyil, musiqi, incəsənət, idman məktəblərində çalışan əməkdaşlara da veriləcək.(moderator.az)
Miq.Az