Azərbaycan və Gürcüstan gömrük sahəsində ilkə imza ata bilərlər

Azərbaycan və Gürcüstan gömrük sahəsində ilkə imza ata bilərlər
Azərbaycan Gürcüstanla sərhəddə vahid gömrük inzibati binasının tikintisi üzrə danışıqlar aparır.

Miq.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O qeyd edib ki, əgər danışıqlar uğurla davam etsə, bu, regionda hər iki ölkənin gömrükçülərinin birgə çalışdığı ilk birgə inzibati bina olacaq:

"Yeni binanın "Sınıq Körpü" nəzarət-buraxılış məntəqəsinin (NBM) yaxınlığında inşası planlaşdırılır".
S.Mehdiyev bildirib ki, bu məsələ ilə bağlı müsbət qərar ticarətin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə və NBM-lər vasitəsilə vətəndaşların və yüklərin buraxılışını sürətləndirməyə gətirib çıxaracaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az