Azərbaycan və Gürcüstan ziyalıları Qafqaz regionunun problemlərini müzakirə edəcəklər

Azərbaycan və Gürcüstan ziyalıları Qafqaz regionunun problemlərini müzakirə edəcəklər

20 aprel 2012-ci il tarixdə “Qafqaz regionunda sülh və təhlükəsizlik poblemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu haqda “Vətəninfo.az”a “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Aşırlı bildirdi.

Gəncliyə Yardım Fondunun konfrans zalında keçiriləcək tədbirin təşkilatçıları “Müasir İnkişaf” İctimai Birliyi, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək Birliyi, informasiya dəstəkçisi isə nbc.az saytıdır. Konfransın Gürcüstandan olan təşkilatçısı Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyidir. Türk Ocaqlarının Bakı Təmsilçiliyi konfransa mənəvi dəstək verir. Konfransda Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev, üzvü Məhəmməd Sarıyev, professor David Tevzadze, Rusiyada fəaliyyət göstərən AzerRos təşkilatının vitse-prezidenti Qalib Ağayevlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin, KİV-lərin, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılar, tələbələr və s. iştirak edəcəklər. 

Bu konfrans 2011-ci ilin 21 aprel tarixində Azərbaycan və Gürcüstan alimlərinin, ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə Bakı şəhərində keçirilmiş “Qafqaz Evi və ermənilər” tədbiri ilə başlamış, Qafqazdakı münaqişələrlə bağlı problemin həlli istiqamətində göstərilən çalışmaların davamıdır. Məqsəd Qafqazda mövcud olan münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin həlli istiqamətində çalışmalar göstərmək, Azərbaycanın, Gürcüstanın cəlb olunduğu müharibənin dəhşətləri haqqında beynəlxalq ictimaiyyətə məlumat vermək, ermənilərin hər iki xalqa qarşı törətdiyi bəşəri cinayətləri gündəmə gətirməkdir. Tədbirin sonunda bununla bağlı Müraciətin qəbul ediləcəyi gözlənilir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az