Azərbaycan və İran yarım milyardlıq kredit üzrə işçi qrup yaratdılar

Azərbaycan və İran yarım milyardlıq kredit üzrə işçi qrup yaratdılar
Azərbaycan və İran Rəşt-Astara dəmir yolu tikintisinə 500 milyon dollar həcmində kredit ayrılması məsələsi üzrə birgə işçi qrup yaradıblar. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Mohsin Pakayin bildirib.

Onun sözlərinə görə, işçi qrupun ilk görüşü yaxın həftələrdə keçiriləcək.

M.Pakayin qeyd edib ki, Rəşt-Astara dəmir yolu tikintisi layihəsində Azərbaycanla yanaşı, Rusiya, Çexiya və Macarıstan da iştirak etmək istəklərini bildiblər.

Layihənin dəyəri 1 milyard dollardan artıq qiymətləndirilir və onun realizəsi Fars körfəzi ilə Rusiya və Şərqi Avropa arasında əlaqə yaradılmasına imkan verəcək.

Səfir həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolu məntəqəsi 2018-ci il üçün fəaliyyətə başlayacaq: "Azərbaycan Astarada dəmir yolu tikintisini 2016-cı ildə başa çatdıracaq ki, bundan sonra multimodal yük daşmalarına keçmək mümkün olacaq".

M.Pakayin vurğulayıb ki, bu layihə çərçivəsində daha bir dəmir yolu məntəqəsi - Qəzvin-Rəşt artıq 93 faiz hazırdır və 2017-ci ilin martında istismara veriləcək. /Trend/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az