Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peruya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rafael Roncagliolo ilə görüş keçirib.
XİN-in mətbuat xidmətindən "Vətəninfo.az"a verilən məlumata görə, R. Roncagliolo E. Məmmədyarovun səfərindən məmnun olduğunu deyərək Qafqaz regionunun dinamik inkişaf edən ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Azərbaycanı Qafqaz regionunun qapısı adlandıran perulu nazir ikitərəfli münasibətlərin genişləndirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini vurğulayıb.
E. Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə qısa məlumat verərək Azərbaycanın digər qitə ölkələri kimi Peru ilə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib. Azərbaycan prezidenti İlham Əliyevin Peru prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən nazir, məktubun dövlət başçısına çatdırılmasını xahiş edib. İki ölkə arasında siyasi səviyyədə əlaqələrin inkişaf etdirilməsinin iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradacağını qeyd edən E. Məmmədyarov bunun üçün qarşılıqlı rəsmi səfərlərin davamının, biznes forumların təşkilinin və mədəniyyət tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar barədə də ətraflı məlumat verib. Sonda o, R. Roncagliolonu Azərbaycana səfərə dəvət edib. Perulu nazir dəvəti məmnuniyyətlə qəbul etdiyini deyib.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.