Azərbaycan və Türkiyə şahinləri birgə əməliyyatda - FOTOLAR

Azərbaycan və Türkiyə şahinləri birgə əməliyyatda - FOTOLAR

Türkiyənin Konya şəhərində keçirilən «TURAZ Şahini - 2016» birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.
 
Əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub.
 
Uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib. Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib.
 
MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.
 
Qeyd edək ki, Azərbaycan təyyarəçiləri F-16 qırıcı, türk pilotlar isə MiQ-29 qırıcı və Su-25 bombrdmançı təyyyarələrində əməliyyata qatılıblar.
 
Təlimlər davam edir.







Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az