Azərbaycan vətəndaşları Ermənistanda MÜLKLƏR ALDILAR – RƏSMİ

Azərbaycan vətəndaşları Ermənistanda MÜLKLƏR ALDILAR – RƏSMİ

Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi "Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

"2010-2021-ci illərdə Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib”, – məlumatda deyilir.

Komitə Azərbaycan vətəndaşlarının 2012, 2018, 2019-cu illərdə mənzil aldığını iddia edir. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınıb.

Erməni KİV-ləri qeyd edir ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az