Azərbaycan Zod və Arazdəyəndə ermənilərin mövqelərini atəşə tutub? – MN-dən cavab

Azərbaycan Zod və Arazdəyəndə ermənilərin mövqelərini atəşə tutub? – MN-dən cavab

"Azərbaycan Ordusu Zod və Arazdəyən istiqamətlərində ermənilərin mövqelərini atəşə tutmayıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az