Aprelin 18-20-də Daşkənd şəhərində İntellektual oyunlar üzrə 2-ci açıq “Asiya kuboku” keçirilib.
“Vətəninfo” az xəbər verir ki, Faiq Hüseynov və Balaş Qasımovun komandaları bu yarışlardan vətənə medallarla qayıdıblar.
“Nə? Nə vaxt? Harada?” oyununda Faiq Hüseynovun komandası ikinci, Balaş Qasımovun komandası üçüncü oldu. Bunula yanaşı, “Breyn-rinq” oyununda Balaş Qasımovun komandası üçüncü, “Xəmsə” Milli intellektual oyununda isə Faiq Hüseynovun komandası birinci yerə layiq görülüblər.
Milli intellektual oyun olan “Xəmsə” bu il ilk dəfə olaraq ölkədən kənarda keçirilən beynəlxalq turnirdə təmsil edilib. Yaxın vaxtlarda həmin oyun üzrə yarışlar Praqada “Gümüş qolem”və İsrailin Hayfa şəhərində “Znatokiada” beynəlxalq intellektual turnirlərin çərçivəsində də keçiriləcək.
Mirvari Nəcəf
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ