“Azərbaycana təsir etmək cəhdi göstərildi”

“Azərbaycana təsir etmək cəhdi göstərildi”

Azərbaycanın AŞ PA-da nümayəndə heyəti Avropa Şurası öz Parlament Assambleyasının qış sessiyasının yekinları ilə bağlı bu gün Milli Məclisdə mətbuat konfransı keçirib.

”Avropa Şurası öz Parlament Assambleyasının qış sessiyasında bir daha sübüt etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır”. Bunu mətbuat konfransında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidovşənbə günü deyib.
O, bildirib ki, bu uğur tək Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin deyil, Azərbaycanın həyata keçirdiyi, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur.

”AŞPA-da müzakirələr bir daha göstərdi ki, bu kimi Azərbaycana qarşı cəhdlər artıq Avropanın özünə təhlükə yaratdığı üçün Avropa tərəfindən rədd olunur”.

S.Seyidov qeyd edib ki, AŞPA-nın siyasi məhbusla ürzə məruzəçisi K.Ştrasserin məruzəsi ilə hiyləgər məqsədlərə xidmət etməklə, Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya dimi ali dəyərlərdən istifadə etmək cəhdi göstərildi.

S.Seyidov bildirib ki, bu gün Azərbaycan parlamentinin dostluq qruplarının sayı, onun nüfuzu kifayət qədər artıb.

“AŞPA-nın qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər parlamentlərlə müxtəlif səviyyələrində Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı işlər görülüb”

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədr müavini Əli Hüseynli isə bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur, bu, sadəcə Ştrasserin təfəkküründə, düşüncəsində olan məsələdir.

Könül

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az