Azərbaycanda 6 ballıq güclü zəlzələ: əksər rayonlarda... - Rəsmi
Bu gün Lerik rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Qeyd edək ki, Report zəlzələnin Yardımlı və Masallıda da hiss edildiyini yazıb.
***
Bir neçə dəqiqə öncə Qobustan və Biləsuvar rayonunda da zəlzələ baş verib.
Yerli sakinlərin Axar.az-a verdiyi məlumata görə, zəlzələnin gücünün təxminən 4-5 bal arasında olduğu ehtimal edilir.
Bəzi məlumatlara görə, zəlzələ Azərbaycanın bir neçə rayonunu əhatə edib.
Hələlik, rəsmi açıqlama yoxdur.
***
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Miq.Az