Azərbaycanda ailədə dəhşət - ata 20 günlük körpəsini öldürdü

Azərbaycanda ailədə dəhşət - ata 20 günlük körpəsini öldürdü
Həyat yoldaşını da qətlə yetirən kişi qaçıb

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

Miq.az-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Şahvələdli kəndində baş verib. Kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə öldürüb. 

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Məlumata görə, o ailə üzvlərinin boğazlarını kəsib. 

Faktla bağlı araşdırmalara başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az