Azərbaycanda axundu lüt şəkilləri ilə şantaj etdilər

Azərbaycanda axundu lüt şəkilləri ilə şantaj etdilər

Masallı rayonunda qəribə dələduzluq faktı qeydə alınıb.
 
Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Aytən Şahbazova axundluqla məşğul olan rayon sakini 1939-cu il təvəllüdlü Əlihəsən Hüseynovu onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul istəyib. Maraqlı məqam isə ondan ibarətdir ki, 77 yaşlı kişi qadının dedikləri ilə razılaşaraq həmin pulu ona verib. Daha sonra isə polisə bu barədə məlumat verib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynovdan 1400 manatı almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Polis idarəsindən bildirdilər ki, Aytən Şahbazova axunda deyib ki, montaj vasitəsilə onun çılpaq şəkillərini hazırlayacaq və bu şəkilləri ictimaiyyətə yayacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az