Bahar Muradova : “Müsavat” siyasi gündəmdə qalmaq üçün Gürcüstan və Türkiyə məsələsini ortaya atıb”
“Müsavat Partiyasının qurultay keçirmək üçüntəklif olunan yerlərdən birini götürüb orada həmin tədbiri reallaşdırmasıbu partiyada onunyaxın zamanlarda tamamilə siyasət gündəmindən çıxması kimi qəbul edilir”. “Vətəninfo.az”ın məlumatına görə, bunumətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Müsavat Partiyasının öz qurultayını Türkiyə və ya Gürcüstanda keçirmək barədə qərar verməsini şərh edərkən bildirib. Vitse-spiker deyib ki, “Müsavat” rəhbərliyindəki şəxslər və bu partiyanın əksər üzvləri bunu məhz belə qəbul edirlər: “Çünki onlara təklif olunan ünvandamitinqlərini keçirdilər və mitinqlərinin söylədikləri kimi alınmadığını görüb, indi başqa yol tutublar. Eləcə də düşünürlər ki ,əgər bunlara təklif olunan yerdə qurultaylarınıkeçirsələr, bu, çox sakit bir tərzdə keçəcək, bəlkə də kimlərsə “Müsavat”ın rəhbərliyinin dəyişdirilməsi məsələsini ortaya atacaq və bununla da bir çoxlarının “ulduz”ları sönəcək. Ona görə dəbunu etməmək və bunun ətrafında hay-küy yaratmaq, bu kimi təklifləri ortaya atmaq onlara daha maraqlı, daha cəlbedici görünür . Onlar həmçinin hesab edirlər ki, bununla daha çox siyasi gündəmdə qala bilərlər”. Bu baxımdan, vitse-spiker hesab edir ki, bu, düzgün deyil. “ Özünün məhdud sosial bazası ilə heç bir şey edə bilmə diyini boynuna almaq istənilən siyasətçi onun məhz olması deməkdir. Onlar da bundan qaçmaq üçün bu cür müxtəlf fikirlər ortaya atırlar. Hər halda bunlarıAzərbaycan gündəmində qalmaqdan ötrü göstərilən cəhdlər kimi qəbul edirik”-deyə,B. Muradova sonra bildirib.“Azərbaycandakı dini durumu bu gün sabit hesab edirəm. Hesab edirəm ki, bu gün Azərbaycandaistəniləndini axınların, cərəyanların,baxışların normal, yalnız dini inanc şəklində həyata keçirilməsində hansısa bir problem yoxdur”. Bunu isəmətbuata açıqlamasındaB. Muradova Azərbaycanda dini durumun mövcud durumuna və ölkənin hüquq-mühafizə, o cümlədən, təhlükəsizlik orqanlarının radikal dini qruplaşmalara, xüsusilə, vahabilərə qarşı son aylarhəyata keçirdikləri xüsusi əməlyyat tədbirlərinə münasibətiniifadə edərkən qeyd edib. Vitse-spikerin bildirdiyinə görə, yox, əgər kimsə bu dini baxışları, inancları, axınları hansısasiyasi, iqtisadi, yaxud da, başqa maraqlar naminə alətə çevirmək, terror hərəkətləri həyata keçirmək üçün bir vasitə kimi istifadə etmək istəyirsə, o zaman bunun qarşısı ən kəskin formada alınacaq: “Azərbaycan hökuməti də, təhlükəsizlik orqanları da bu yöndə müvafiq addımları atırlar və gördüyünüz kimi , son illərbir-birinin ardınca nə qədərbu cür təhlükəli terror hadisələrinin qarşısı alınıb, radikal dini qruplaşmalar zərərsizləşdirilib. Özü də qeyd edim ki, bunlarbeynəlxalq hesabatlarda öz əksini tapır . Ümumiyyətlə, hesab edirəm ki,cəmiyyətimizin, dövlətimizin, vətəndaşlarımızın rifahı naminə bu cür addımları bundan sonra da atacağıq və atmalıyıq. Biz kiminsə bizə “bütün dini baxışların, dini cərəyanların azadşəkildə nə istədiyini etməyə şərait yaradan bir ölkə olduğunu” deməsi naminə dövlətimizi və qurduqlarımızı, əldə etdiyimiz nailiyyətləri şübhə, təhlükə altına qoya bilmərik. Biz hər bir vətəndaşın normal şəkildə öz inancını, dini arzularını reallaşdırması üçün şərait yaradırıq. Amma o, müəyyən hədləri, sərhədləri keçdikdə, onun qarşısı mütləq alınacaq, Azərbaycan dövləti öz sözünü deyəcək və bizi bu yöndəheç kəsin hədəsi, təzyiqləri də qorxutmur”. Vahabizmlə bağlı cidditəhlükənin olub-olmamasına gəlincə, vitse-spiker deyib ki, özlüyündə bunu dini baxış kimi qəbul edəndə, burada bir təhlükə görmür. Lakin onun qeyd etdiyinə görə, yuxarıda haqqındasöz açılan hədləri keçəndə, vahabizm artıq real təhlükəyə çevrilir: “ Əgər hüquq-mühafizə, təhlükəsizlik orqanları hansısa addımlar atırlarsa, deməli, kimlərsə bu hədləri, sərhədləri artıqkeçiblər. Bu gün onlar özlərindən diqqəti yayındırmaq üçün özlərinin zahirigörkəmlərini dəyişə bilərlər, amma hədəflərinə çatmaq üçün istənilən vasitəni məqbul hesab edirlərsə, o zamanbiz bunun qarşısını mütləq alacağıq”.
“Eurovision”un tarixinə nəzər salsaq, mənə elə gəlir ki, Azərbaycanda keçirilən növbəti yarışma tarixdə ən çox siyasiləşdirilməyə çalışılan bir tədbir kimi yadda qalacaq. Eyni zamanda, fəxr hissi ilə qeyd etməliyəm ki, bu yarışmanın ümumi şərtlərinə və tələblərinə doğru-düzgün əməl edən tərəf də yalnız Azərbaycan tərəfi, onun rəsmi münasibəti, o cümlədən, cəmiyyətin münasibəti oldu”. Bu fikirləri də məlum açıqlamasında MM sədrinin müavini artıq öz işinə start verən “Eurovision-2012” mahnı yarışmasının siyasiləşdirilməsi cəhdlərinə, bu kontekstdə bəzi dairələrin Azərbaycana yönəlik təzyiq-təhdidlərinə və bu təhdidlərin sonucda açıq təxribatlara, terraktlara keçməsi ehtimallarına münasibətini bildirərkən söyləyib. Vitse-spikerin dediyinə görə, Azərbaycan dövləti bu yarışma ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə, bu yarışmada iştirakın şərtlərinə, eləcə də, bu yarışmaya ev sahibliyi edən bir ölkə kimi öz vəzifələrinə çox ciddi və tələbkarlıqla yanaşıb. B. Muradova qeyd edib ki, bu günə qədər əldə edilən nailiyyətlər, konkret nəticələr bunu sübut edir: “ Yarışmanın yüksək səviyyədə keçməsi üçün ölkəmizdə bütün şərait yaradılıb və elə bir məsələ yoxdur ki, Azərbaycan dövləti o məsələnin həlli ilə əlaqədar çətinliklə üzləşsin. O ki qaldı bunlar təxribatlar şəklində özünü büruzə verə bilərmi, əlbəttə, bunlar, ümumiyyətlə, arzuolunmayan hadisələrdir. Azərbaycan dövləti də bunun baş verməməsi üçün onun müvafiq orqanları təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirirlər və keçirməkdədirlər. Əmin olsunlar ki, bu, sona qədər də belə olacaq və son günlər atılan bir sıra addımlar da bunu sübut edir ki, elə buna olan cəhdlərin qarşısı anındaca alınır. Mən həm Azərbaycan vətəndaşlarını, həm bu yarışmada iştirakçı olan şəxsləri, o cümlədən, bura qonaq kimi gələn şəxslərin hər birini narahat olmamağa çağırıram və bu yarışmada belə halların yaşanmacağına Azərbaycan dövlətinin, onun müvafiq orqanlarının təminat verdiyini söyləmək istəyirəm”. Bununla belə, vitse-spikerin fikrincə, bu, heç də o demək deyil ki, sabitliyi pozmaqda maraqlı olan təxribatçı dairələr və qüvvələr bu faktoru nəzərə alaraq, öz yerlərində dinc otura bilərlər: “Ən azı siyasi sahədə - Azərbaycanla qonşu olan bəzi ölkələrin bu və ya digər məsələni əldə bəhanə edərək ölkəmizə qarşı təzyiqlər göstərməsi , eləcə də, dünya mətbuatında Azərbaycanla bağlı qaralama kampaniyasının davam etməsi, bu kimi təzyiqlərin və təhdidlərin davamlı olacağını ən azı bu yarışma başa çatana qədər bizə gözləməyə “əminlik” yaradır. Amma tam əmin olsunlar ki, bunların heç biri Azərbaycan hökumətini, iqtidarını, onun rəsmi siyasətini tutduğu yoldan döndərməyə, onu təhdid etməyə, qorxutmağa, hansısa hədələrə, şantaja görə fəaliyyətindən geri çəkindirməyə gətirib çıxara və öz vəzifələrini yerinə yetirməyə maneçilik törədə bilməz”.