Azərbaycanda doğuş zamanı növbəti faciə

Azərbaycanda doğuş zamanı növbəti faciə
 
Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb. 
 
 Miq.az-ın Report-a istinadən məlumatına görə, hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb. 
 
Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.
Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az