Azərbaycanda ərzaq məhsullarının, gündəlik təlabat mallarının qiyməti 15-50 faiz aralığında artıb.
Vizualxəbər verir ki, qiymət artımı daha çox ərzaq və gündəlik tələbat mallarında hiss olunur. Artıq hər bir sakin gündəlik tələbatlarını ödəmək üçün etdiyi kiçik alış-verişdə bunu hiss edir.
ANS əməkdaşının mağazalarda apardığı müşahidələr zamanı məlum olub ki, məhsulların qiyməti onun yerli və ya xarici istehsal olmasından asılı olmayaraq bahalaşıb. Məsələn, əvvəllər 10 qəpiyə olan yumurta indi 15 qəpik olub. Digər məhsullarda da müvafiq artımlar tətbiq olunur.
Bu sahəni araşdıran mütəxəsis Vüqar Bayramlı bildirir ki, hazırda baş verən qiymət artımı ilk devalvasiyanın nəticəsidir. Çünki ölkə iqtisadiyyatı fevral ayında baş verən hadisəyə uyğunlaşa bilmədi.
Mütəxəssis deyir ki, Azərbaycanda daxili istehsal müəssisələri xammal alışını dollar vasitəsilə həyata keçirdikləri üçün, ölkədə istehsal olunan məhsullarda qiymət artımı qaçılmazdır. Vəziyyətdən istifadə edən bəzi sahibkarlar isə qiymətləi suni şəkildə artırır.
Vüqar Bayramlı qiymətlərin bundan sonra artacağını da istisna etmir: "Qarşıdan yeni il gəlir və bayramla əlaqədar qiymətləri yenə artacaq.”
Kənd təsərrüfatı nazirliyi isə qeydə alınan bahalaşmanı mövsümlə əlaqələndirir və bu sahədə tənzimləmə işlərini paytaxtda, Xırdalan və Sumqayıt şəhərlərində keçirilən yarmarkaların sayının 10-a qaldırmaqla aparmaq istəyir.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?