Ceyranbatan qəsəbəsində, "Asfalt zavodu" deyilən ərazidə yaşayan sakin Elxan Mahmudov işıq idarəsindən narazılıq edir.
VİZUAL.az - Narazılığa səbəb isə sayğac üçün ondan, dediyinə görə, 150-200 manat istənilməsidir.
Şikayətçi bildirir ki, evlərinə sayğac qoyulub, lakin işıq idarəsindən sayğacın kodunu verməyiblər, pul istəyiblər: "Problemi həll etmək üçün demək olar ki, hər gün işıq idarəsinə gedirdim. Deyirdilər ki, pul köçürməsəniz, kodu vermək mümkün olmayacaq. Hərəsi də bir qiymət deyirdi. İşıqçəkənlər əvvəl 150 manat istədilər. Sonra dedilər ki, 120 manata razılaşarıq. İşıq idarəsindən isə bildirdilər ki, 200 manat ödəməlisiniz. Çox get-gəldən sonra, nəhayət, kodu verdilər. İndi də bizə 360 manat cərimə yazıblar. Deyirlər ki, bəs kod üçün pul verməyəndə, bilmirdinizmi belə olacaq".
Sakinin sözlərinə görə, həmin ərazidə sayğac heç də hamıya pulla quraşdırılmayıb: "Bir neçə qonşu var ki, onlardan pul istəməyiblər".
"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azadlıq" radiosuna bildirib ki, əgər evin texniki şərti varsa, bunun üçün pul almağa ixtiyarları yoxdur: "Texniki şərt yoxdursa, onda pul ödənməlidir. Pulu isə əməkdaşlara vermək olmaz. Ödənişi banka və ya idarəyə edib çek almaq lazımdır".
Elxan Mahmudov isə evinin texniki şərtinin olduğunu söyləyir.|Virtualaz.org
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR