Bakıdakı məhşur brend mağazanın fırıldağı - Foto

Bakıdakı məhşur brend mağazanın fırıldağı  - Foto

Bakıda alıcı məhşur brend mağazanın fırıldağının üstünü açıb.

Oxucu bildirib ki, Yasamal rayonu, İnşaatçılar prospektində ''Poppy gallery'' mağazası yerləşir. Həmin mağazada yalançı endirimlərlə alıcıları aldadırlar.

Şikayətçi yazır ki, fırıldağın üstünü bu gün mağazada endirim kampaniyası başladığını bilib ora daxil olanda anlayıb. Sentyabr ayında həmin mağazada 182 manata satılan qolsuz dəri gödəkçə almaq istəyib. Lakin qiymətinə görə fikrindən daşınıb. Bu gün mağazada 50 faiz endirim görərək ora daxil olub və həmin gödəkçəni yarı qiymətinə alacağını düşünüb. Gördüyü mənzərədən sonra insanların aldadırlmasının şahidi olub. Həmin gödəkçənin üzərində də 50 faiz endimim yazılsa da, qiymət elə 182 manat olub. Fərq yalnız həmin qiymətin yanında üzərindən xətt çəkilmiş 364 manat yazılmasında olub.

Oxucu qeyd edir ki, endirimi alıcıları aldamaq üçün edirlər. Həmin gödəkçənin 182 manat olduğuna əmindir. Aldatmaq üçün malın dəyərini yalandan artırıb sonra 50 faiz endirim adı ilə insanlara sırıyırlar.

Məsələ ilə mağazadan bildirilir ki, həmin gödəkçə sentyabr-oktyabr ayında, mövsümün əvvəlində də 50 faiz endirimdə olub. Sonra həmin endrim götürülüb. Bir neçə gün əvvəl yenidən 50 faiz endirimə düşüb.

Sonda şikayətçi əlavə edib ki, mağazada şəkilləri çəkəndə endrim kampaniyasını göstərən elanlar silinirdi. O məntiqlə bu gündən həmin gödəkçənin qiyməti yenidən 364 manat olacaq. Şikayətçi bu haqda saytımızı məlumatlandıracağını söz verib. /Criminal.az

 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az