Dövlət qurumu istilik sistemi olmayan evə niyə borc yazıb? - Video

Dövlət qurumu istilik sistemi olmayan evə niyə borc yazıb? - Video
Bu gün Xətai rayonunda yaşayan sakinlərdən biri maraqlı bir mənzərə ilə qarşılaşıb. O, istilik sistemindən istifadə etmədiyi halda ona borc qəbzi gəlib. İndi ortaya belə bir sual çıxır, həmin borc ödənilməlidirmi?
Kamran Əsədov paytaxtın Xətai rayonu Neapol küçəsi 3 ünvanında yaşayır. O, bir neçə aydır ki, mərkəzi istilik sistemindən imtina edib, mənzilinə kombi quraşdırıb.
Kamran Əsədovun qarşılaşdığı problem mənzilinə kombi quraşdırıb, mərkəzi istilik sistemindən imtina etməni gündəmə gətirir. Yəni evinə kombi quraşdıran şəxs nə etməlidir?
54 manat borcun ödənliməsi məsələsinə gəldikdə isə "Azəristiliktəchizat” Açıq Səhimdar Cəmiyyətinin əməkdaşı Rafiq Əliyevin sözlərinə görə, vətəndaş mütləq qaydada borcunu ödəməldir. Çünki istilikdən imtina etməsi ilə bağlı vaxtında xəbərdarlıq etməyib./xezerxeber




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az