Azərbaycanda mənzillərin qiyməti ucuzlaşır

Azərbaycanda mənzillərin qiyməti ucuzlaşır

Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Qiymətlərdə manatla 3.59 faiz, ABŞ dolları ilə isə 0,52 faiz azalma müşahidə olunur.

Miq.az-ın məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb (dollarla 1.02 faiz artım) . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb (dollarla 1,71 faiz artım).

Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə 6.23 faiz enib.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az