Azərbaycanda növbəti zəlzələ oldu
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 00:24-də Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Miq.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ 3,8 maqnitudada qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, dünən yerli vaxtla saat 18:24-də Əli Bayramlı stansiyasından 29 km cənubda Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdı.
Miq.Az