Azərbaycanda polis generalı vəfat edib

Azərbaycanda polis generalı vəfat edib
Ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev ürək tutmasından dünyasını dəyişib.
 
Miq.az  salamnews-a istinadən xəbər verir ki, xəbəri DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təsdiqləyib.
 
Qeyd edək ki, bu ilin fevral ayında daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Bundan az müddət sonra isə daxili işlər naziri Ramil Usubov keçmiş idarə rəisinin peşəkarlığını nəzərə alaraq polis general-mayoru Sərvər Mehrəliyevi özünə müşavir təyin etmişdi.
 
Allah rəhmət eləsin.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az