Azərbaycanda Şok hadisə: Hami̇lə gəli̇n döyüldü, uşağı qarnında öldü – foto

Azərbaycanda Şok hadisə: Hami̇lə gəli̇n döyüldü, uşağı qarnında öldü – foto
22 yaşlı gəlin ərinin xalası ilə mübahisədən sonra itib.

Şabranda 22 yaşlı gəlin yoxa çıxıb.

Miq.az İstiPress-ə istinadən xəbər verir ki, Mollakamallı kəndində gənc gəlin itkin düşüb.
Bu barədə Aytac Rəşid qızı Quliyevanın dayısı Zahid İstiPress-ə məlumat verib. Onun sözlərinə görə, bacısı qızı dekabrın 2-də ərinin evini tərk edib.
Qohumları bildirir ki, Aytacın getdiyini heç kim görməyib. O, ərinin xalası ilə mübahisədən sonra evdən çıxıb və bir daha qayıtmayıb.
Dayısının məlumatına görə, Aytac 6 aylıq hamilə olub. Ərinin xalası tərəfindən döyülüb və bətnindəki uşaq tələf olub. "Onu hansı həkimin müayinə etdiyi belə bəlli deyil. Hara və necə getdiyi isə məlum deyil".
Şabran polis şöbəsindən 22 yaşlı Aytacın itkin düşdüyünü təsdiqləyiblər. Bildirilib ki, gəlin həqiqətən də evdən gedib, amma həyat yoldaşının xalası tərəfindən döyülməsi təsdiqini tapmayıb.
Aytacın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az