Azərbaycanda ŞOK hadisə: qardaş bacısının boğazını kəsdi

Azərbaycanda ŞOK hadisə: qardaş bacısının boğazını kəsdi

Samuxda qətl hadisəsi baş verib.

Miq.az APA-ya istinadən məlumatına görə, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. C. Həsənov isə polis tərəfindən saxlanılıb.

Məlumata görə, G. Həsənovanın bir övladı olub və o, həyat yoldaşından boşanıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az