Azərbaycanın baş nazirinin Gürcüstana səfəri başlayıb

Azərbaycanın baş nazirinin Gürcüstana səfəri başlayıb

Azərbaycanın baş naziri Artur Rasi-zadənin Gürcüstana səfəri başlayıb.

"Report" xəbər verir ki, mayın 16-da Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasi-zadənin rəhbərlik etdiyi nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi Tbilisidə keçiriləcək "Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Səfər çərçivəsində A.Rasi-zadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az